Medianews.az
Azərbaycanda 17 institut 8 institutda birləşdirilir - <span style=color:red>SƏRƏNCAM
368 baxış

Azərbaycanda 17 institut 8 institutda birləşdirilir - SƏRƏNCAM

Aprelin 4-də Prezident İlham Əliyev Nazirlər Kabinetinə Elm və Təhsil Nazirliyinin tabeliyində yeni publik hüquqi şəxslər yaratmağı tapşırıb. Medianews.az bildirir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, yeni publik hüquqi şəxslər bunlar olacaq:
  • Geologiya İnstitutu;
  • Coğrafiya İnstitutu;
  • Fizika İnstitutu;
  • Kimya İnstitutu;
  • Riyaziyyat İnstitutu;
  • Botanika İnstitutu;
  • Canlı Sistemlərin Tədqiqi İnstitutu;
  • Molekulyar Biologiya İnstitutu.
Sərəncama görə, publik hüquqi şəxs statuslu bu 8 institut aşağıda adları göstərilən 17 institutun əsasında yaradılacaq:
  • Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında;
  • Coğrafiya İnstitutu - Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında;
  • Fizika İnstitutu - Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında;
  • Kimya İnstitutu - Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında;
  • Riyaziyyat İnstitutu - İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında;
  • Botanika İnstitutu - Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında;
  • Canlı Sistemlərin Tədqiqi İnstitutu - Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında;
  • Molekulyar Biologiya İnstitutu - Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında.
Sərəncama görə, Nazirlər Kabineti publik hüquqi şəxs statuslu yeni institutları 2025-ci ilin sonunadək mərhələli şəkildə yaratmalıdır. Sərəncamda dövlət başçısı Nazirlər Kabinetinə müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik iki yeni elmi müəssisənin yaradılması haqda da göstəriş verib. Medianews.az

Bizə qoşulun