Medianews.az
14 il sonra ortaya çıxan vəhşilik: <span style=color:red> Balta ilə öldürüb, atı ilə YANDIRDILAR
216 baxış

14 il sonra ortaya çıxan vəhşilik: Balta ilə öldürüb, atı ilə YANDIRDILAR

Türkiyədə 14 il əvvəl itkin düşən Süleyman Dəmirin dosyesi yenidən açılıb. Medianews.az xəbər verir ki, 13 avqust 2011-ci ildə Trabzonun Akçaabat rayonunda itən Dəmirin həyat yoldaşı və oğlu tərəfindən balta ilə öldürüldüyü, atı ilə birlikdə yandırıldığı müəyyən edilib. İstintaq çərçivəsində şübhəli olan mərhumun həyat yoldaşı Ümmihan Dəmir və oğlu Hızı Dəmirin ifadələri alınıb. Ümmühan Dəmirin 16 yaşında ikən Süleyman Dəmirlə evləndiyi, lakin bu evlilikdən əvvəl başqa bir şəxsdən oğlu olan Hızıra hamilə qaldığı və Süleyman Dəmirin bu faktı sonradan öyrəndiyi iddia edilib. Məlumata görə, Hızır Dəmir ifadəsində anasının əmisi ilə münasibətdə olduğunu və bundan xəbər tutan atasının anasına qarşı zorakılıq tətbiq etdiyini bildirib. Zorakılığa məruz qalan ana və oğlu Süleyman Dəmiri Uçarsu bölgəsindəki meşəlik əraziyə çağırıblar. Oraya atı ilə gedən Dəmir həyat yoldaşı və oğlu tərəfindən balta ilə öldürülüb. Daha sonra ana və oğul Dəmirin cəsədini parçalara ayırıb və qətli gizlətmək üçün onu atı ilə birlikdə yandırıb. Ümmühan Dəmir cinayəti etiraf edib və cinayəti tək törətdiyini iddia edib. Məhbus ana və oğlu məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib. Medianews.az

Bizə qoşulun