30.03.2025, 18:20
88 baxış
Nailə
Göygöldə qadın ikinci mərtəbədən yıxıldı: vəziyyəti ağırdır
Göygöldə bədbəxt hadisə baş verib.
Medianews.az Teleqraf-a istinadla xəbər verir ki, 44 yaşlı G. Xancığazova yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.