Medianews.az
“Yeməklər bərbaddır, monitor, internet yoxdur, ekonom klassla biznes klassın qiyməti eynidir”- <span style=color:red>AZAL-dan ŞİKAYƏT
474 baxış

“Yeməklər bərbaddır, monitor, internet yoxdur, ekonom klassla biznes klassın qiyməti eynidir”- AZAL-dan ŞİKAYƏT

“AZAL-da məni ən çox narahat edən səbəb başqa şirkətlərlə əməkdaşlıqlardır. Adətən Ankaradan Bakıya uçuram. Bir neçə dəfə olub ki, “Heston Airlines” ilə uçmaq məcburiyyətində qalmışam. Dil bilmirlər, müştərini başa sala bilmirlər. Türkiyədən uçursan da... Adam istəyir ki, Azərbaycan dilində bilən hostesin olsun. Amma əfsuslar olsun ki, o pilotların ingliscəsi də bərbad olur. Nə danışdıqlarını başa düşə bilmirik. Bileti AZAL olaraq alırıqsa istəyirik ki, özümüzə doğma dilimizdə müraciət edilsin. Bu böyük narazılıqdır. Tək mən yox, bir çoxları da bundan şikayətçidir. Yeməklər də bərbaddır. Heç ürəkaçan deyil. Əvvəl deyirdik ki, AZAL-ın yeməkləri, çeşidləri çox gözəldir. O keyfiyyət artıq qalmayıb. Bir çoxlarında isə monitor internet də yoxdur”. Bunu Medianews.az-a açıqlamasında teleaparıcı Arzu Umut deyib. O daha sonra AZAL-dan şikayətlərini davam etdirərək, biletlərin qiymətinin baha olmasından da gileylənib: “Əfsuslar olsun ki, AZAL-da qiymət artımı heç də ürəkaçan deyil. Ən son noyabr ayında İstanbula uçuşum var idi. Biznes-klassla, ekonom klass biletin qiyməti eyni idi. Noyabr ayı üçün bu qiymət nə qədər realdır? Özü də İstanbula. İyun ayı üçün də baxmışam, biletlər 400 manatdan yuxarıdır. Sənin tələbən, xəstən varsa bu qiymətlər nə dərəcədə doğrudur? Qiymətlər ona görə yüksəlmişdi ki, 2020-ci ildə pandemiya vaxtı idi və çarter uçuşları idi. Az sayda olduğu üçün qiymətlər baha idi. Axı bu gün qiymətlər stabil qalmalıdır. Günümüzdə gündə bir dəfə bir neçə ölkəyə uçuşlar var. Uzağa getməyək, elə Türkiyəyə. Ermənistandan Türkiyəyə uçuş daha uyğun qiymətədir, nəinki Azərbaycandan Türkiyəyə.. Nəzərə alsaq ki, bizim quru sərhədimiz artıq 5 ildən çoxdur ki, bağlıdır və bu 5 il ərzində insanların xəstəsi, tələbəsi, vacib görüləsi işləri var. Bütün bunlar nəzərə alınmalıdır ki, ən azından hava yolu ilə uçuş əlçatan olsun. Bir neçə ay bundan öncəyə qədər Türkiyədə yaşayan azərbaycanlılar Naxçıvan quru sərhədi ilə keçib, uyğun qiymətlə Bakıya uça bilirdilər. Artıq o yol da bağlanıb. İstəsələr də Türkiyə sərhədindən Azərbaycana keçə bilmirlər. İnsanlar məcburdular ki, AZAL-da bilet hansı qiymətə olursa-olsun alıb uçsunlar. Möcüzə də baş vermədi. Bilirsiniz ki, quru sərhədimiz iyulun 1-nə qədər bağlıdır. Məncə AZAL bu mövzuya ciddi yanaşmalıdır. Ya qiymətlər ucuzlaşdırılmalıdır, ya da alternativ variantlar təklif edilməlidir” deyə şikayətçi bildirib. Əli Yavər

Bizə qoşulun