23.03.2025, 10:13
127 baxış
Nailə
Filiz Akınla bağlı aktyor oğlundan duyğusal mesaj: "Həmin ağacın altında görüşəcəyik..."
"Yeşilçam"ın unudulmaz aktrisalarından Filiz Akının vəfatından sonra oğlu, aktyor İlker İnanoğlu anasına olan dərin sevgisini və kədərini ifadə edən duyğusal bir paylaşım edib.
Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, İnanoğlu şəxsi "Instagram" hesabında anasının onun üçün nə qədər dəyərli olduğunu vurğulayıb.
"Canım anam, ən yaxın dostum, sirdaşım, Filiz Akın... Bu dünyada məni ən çox sevən insan, "Yumurcak" filmlərindəki tərəf-müqabilim, hər şeyim... Nəcibliyin, zərifliyin, incəliyin, mərhəmətin və əlbəttə ki, qeyri-adi gözəlliyinlə xalqımızın qəlbində taxt qurdun, kraliça oldun.
Səninlə vidalaşmaq çox çətindir, çünki indi tək qalmışam. Allah rəhmət eləsin, məkanın cənnət olsun. Nəvən Alecin də dediyi kimi, cənnətdəki ən uca ağacın altında görüşəcəyik. Orada bizi gözlə. Səni hər şeydən çox sevən oğlun, quzun İlker İnanoğlu və nəvən Alec Berker İnanoğlu. Bütün sevənlərinə başsağlığı diləyirəm".
Paylaş: