Medianews.az
Evdə doğuş edən qadının ölüm səbəbi <span style=color:red>AÇIQLANDI
162 baxış

Evdə doğuş edən qadının ölüm səbəbi AÇIQLANDI

Cəlilabadda qadın doğuşdan sonra ölüb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, martın 8-i saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə yerləşdirilib. “Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib. Saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb. Bütün reanimasiyon tədbirlərə baxmayaraq martın 20-si saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”, -TƏBİB-in məlumatında bildirilib.

Bizə qoşulun