21.03.2025, 12:49
137 baxış
Nailə
Bayram günü spirtli içkidən zəhərlənib öldü
Beyləqanda spirtli içkidən zəhərlənən şəxs ölüb.
Bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Martın 20-də saat 15:00-da zəhərlənmə şübhəsi ilə 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş spirtin toksik təsiri diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb.
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 16:20-də ölüm faktı qeydə alınıb”, - məlumatda qeyd olunub.