Medianews.az
Qəhvənin yeni faydalı xüsusiyyətləri <span style=color:red> ÜZƏ ÇIXDI
186 baxış

Qəhvənin yeni faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

“Qəhvə tərkibindəki antioksidantlar sayəsində qocalmanı ləngidir”. Medianews.az xəbər verir ki, bunu kimyaçı və dietoloq İrina Selivanova deyib. Selivanova izah edib ki, qəhvənin tərkibində olan Lawsonibacter asaccharolyticus bakteriyası sağlamlığı qorumağa və gəncliyi uzatmağa kömək edir. İnsan orqanizmində yaşla əlaqədar əzələlərin tükənməsinin qarşısını alan trigonellin maddəsi, həmçinin xolesterinin aşağı salınması üçün lazım olan xinin turşusunun səviyyəsini artırır. Bundan əlavə, bu bakteriya mürəkkəb karbohidratların fermentasiya prosesində və müxtəlif maddələrin mübadiləsində iştirak edir. Qəhvə həmçinin orqanizmdə sərbəst radikalların səviyyəsini azaldan və qocalmanı ləngidən antioksidanlar ehtiva edir. Kimyaçı qeyd edib ki, bu içkinin tərkibində piylərin parçalanması prosesini sürətləndirən xlorogen turşusu da var. Medianews.az

Bizə qoşulun