16.03.2025, 09:42
127 baxış
Nailə
SEPAH baş komandanı ABŞ-yə sərt xəbərdarlıq etdi
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami ABŞ-yə açıq xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, Səlami bildirib ki, ölkəsinə yönələn hər hansı təhlükə sərt cavab doğuracaq:
"Əgər bizə qarşı təhdid olarsa, cavabımız qətiyyətli, sarsıdıcı və dağıdıcı olacaq. İranın nüvə razılaşmasını məhz ABŞ pozub və bunun əvəzinə sanksiyalar, təzyiqlər və hədələr kimi aqressiv vasitələrdən istifadə edib".
Səlaminin bu bəyanatı iki ölkə arasındakı gərginliyin artdığı bir dövrə təsadüf edir.