Medianews.az
Premyer Liqada 27-ci tura <span style=color:red>yekun vurulur
165 baxış

Premyer Liqada 27-ci tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, son gündə 2 oyun baş tutacaq. Öncə autsayder “Səbail” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Turun qapanış matçında isə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Daha öncə keçirilmiş “Kəpəz” – “Qarabağ” matçında (0:0) qapılara qol vurulmayıb, “Araz-Naxçıvan” – “Şamaxı” və “Sabah” – “Zirə” oyunları isə oxşar hesabla (1:1) yekunlaşıb. Azərbaycan Premyer Liqası 27-ci tur 16 mart “Səbail” – “Neftçi” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov. “ASCO Arena”, 16:00. “Turan Tovuz” – “Sumqayıt” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov. Tovuz şəhər stadionu, 18:30.  

Bizə qoşulun