14.03.2025, 11:59
191 baxış
Lamiyə
Lukaşenko Rusiya və Belarusun birliyinin səbəbini AÇIQLADI
"Moskva və Minsk çətin anlarda birliyi regional səviyyədə olan iş sayəsində qoruyub saxlayıblar".
Medianews.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Rusiya regionlarının nümayəndələrinə böyük təşəkkürümü bildirmək imkanım var. Bir vaxtlarda bizim yaxşı vaxtlarımız deyildi, və biz, sonra Belarusda Rusiya bölgələri ilə işləməyə diqqət yetirdik. Sizin sayənizdə biz birliyimizi qoruyub saxladıq", - Federasiya Şurasında çıxış edərək deyib.
Dövlət başçısı vurğulayıb ki, əgər Rusiya Federasiyasının regionları Belarusun istəklərini dəstəkləməsəydi, ölkələr arasında belə əlaqələr olmazdı.
Medianews.az
Paylaş: