Medianews.az
Dumanlı hava sabahadək <span style=color:red>davam edəcək
205 baxış

Dumanlı hava sabahadək davam edəcək

Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir. Bu barədə Medianews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yexlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Bizə qoşulun