Medianews.az
6 gün maşında qalan qadın <span style=color:red>XİLAS OLDU
188 baxış

6 gün maşında qalan qadın XİLAS OLDU

ABŞ-nin İndiana ştatında qəzaya uğrayıb 6 gün maşında qalan qadın möcüzə nəticəsində sağ qalmağı bacarıb. Medianews.az xəbər verir ki, soyuq havaya və ağır xəsarətlərə baxmayaraq, qadın su içmək üçün paltarından istifadə edib. 41 yaşlı üç uşaq anası Brieonna Cassell çərşənbə axşamı Chicagodan təxminən 80 mil kənarda dərə yatağında qismən basdırılmış vəziyyətdə tapılıb. Cassel 6 gün əvvəl dostlarını ziyarət etmək üçün anasının evindən çıxıb. Lakin o vaxtdan heç bir xəbər alınmayıb və qadın axtarışa verilib. Məlumata görə, Cassel yuxuya gedərək idarəetməni itirib. Avtomobil yoldan çıxaraq dərin xəndəyə düşüb. Ayağından aldığı ağır xəsarətlər səbəbindən avtomobildən çıxa bilməyib. Yoldan keçən nəqliyyat vasitələrinə görünməyən qadın günlərlə kömək gözləyib. Medianews.az

Bizə qoşulun