Medianews.az
91 tikiş atıldı - Tutduğu köpək balığının <span style=color:red>  qurbanı olacaqdı
162 baxış

91 tikiş atıldı - Tutduğu köpək balığının  qurbanı olacaqdı

Cənubi Afrikada balıq tutan britaniyalı turist az qala köpək balığının qurbanı olacaqdır. Medianews.az xəbər verir ki, 30 yaşlı Kertis Miller dənizdə balıq ovu ilə məşğul olmaq üçün Cənubi Afrikaya gəlib. Tətildən üç gün sonra o, çəkisi 100 kiloqramdan çox olan böyük olan köpəkbalığını tutmağı bacarıb. Kişi qarmağı çıxaran kimi balıq dartılaraq onun əlini dişləyib. Balıqçı təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlər qanaxmanı dayandırmaq üçün 91 tikiş atmalı və üç damarı bağlamalı olublar. O, yalnız ertəsi gün evə buraxılıb. Britaniyalının dediyinə görə, hadisə ona heç bir travma verməyib. Turist etiraf edib ki, köpək balığının dişləməsi onun balıq tutmaq sevgisinə təsir etməyib və hələ də okeanı sevir. Medianews.az

Bizə qoşulun