10.03.2025, 08:06
216 baxış
Lamiyə
Qayını göbəyinə super kley TÖKDÜ
Bir kişi öz “Reddit” sosial şəbəkəsində başına gələn bədbəxt hadisədən danışıb.
Medianews.az xəbər verir ki, kişinin sözlərinə görə həyat yoldaşının qardaşı onun göbəyinə super yapışdırıcı töküb.
Hər şey ailəvi istirahət zamanı, manqal edərək baş verib. Həmin gün zərərçəkən, çox pivə içib və köynəksiz yuxuya gedib. Həyat yoldaşının qardaşı həmin an onun qarnını super yapışqanla doldurub.
Oyandıqdan sonra kişi yapışqandan qurtulmağa çalışsa da, heç nə alınmayıb. O, yapışqanla birlikdə dərini qoparmaqdan qorxub və öd kisəsi əməliyyatından sonra qalan tikişlərə toxunmaq istəməyib.
Kişi xəstəxanaya getməli olub. Həkimlər onun göbəyindəki yapışqanı həlledici vasitəsi ilə çıxarıb və ondan müəyyən məbləğdə pul tələb olunub. Sığorta bu məbləği ödəmədiyi üçün o qaynından kömək istəsə də, qarşı tərəf bundan imtina edib.
Zərərçəkən onu məhkəməyə verib. Hakim kişinin haqlı olduğunu bilsə də, günahkar hələ də heç nə ödəməyib.
Kişi gileylənib ki, qaynının bütün qohumları məhkəməyə görə ona qəzəblənib. Hətta həyat yoldaşı da onun qərarından narazı olub. Buna səbəb qardaşının yenicə boşanması üçün ona yazığının gəlməsi olub.
Kişi özü bunu DEHB səbəbindən etdiyini deyərək özünə haqq qazandırır.
Kişinin sözlərinə görə, indi onu ancaq arvadının bacısı dəstəkləyir.
Medianews.az