Medianews.az
Qadın restorandan <span style=color:red> əlüzyuyan OĞURLADI
154 baxış

Qadın restorandan əlüzyuyan OĞURLADI

Böyük Britaniyada bir qadın restoranın tualetinə girərək dizayneri olan əlüzyuyanı oğurlayıb. Medianews.az xəbər verir ki, “Jardim Rodizio Grill” restoranının sahibi 72 yaşlı Robert Melman hadisəni təmizləyicinin sayəsində öyrənib. Melman təhlükəsizlik kameralarını yoxlayaraq görüb ki, əlüzyuyan yoxa çıxan gün restorana böyük çanta ilə şübhəli bir qadın girib. Müəssisənin girişində çanta boş görünüb, lakin on dəqiqədən sonra qonaq bayıra çıxanda artıq çanta dolu olub. Melmanın sözlərinə görə, qadın böyük ehtimalla oğurluğu əvvəlcədən planlaşdırıb. Onun versiyasına görə, o, restorana əvvəl də gəlib. Əlüzyuyanın sökülməsinin asan olduğunu görüb və sonra onu oğurlayıb. Melmanın qeyd etdiyi kimi, restoran biznesində 25 il ərzində o, çoxlu müxtəlif oğurluq növləri görüb lakin bu cürəsi ilə rastlaşmayıb. O qeyd edib ki, polisə müraciət etmək niyyətində deyil. Deyir ki, onun kifayət qədər başqa problemləri var. Qeyd edək ki, malın dəyəri 190 dollardır. Medianews.az

Bizə qoşulun