Medianews.az
“Mehriban Ələkbərzadə teatrdan içəri girməyə layiq deyil, sən axı kimsən ki?..” - <span style=color:red>Qalmaqal alovlanır FOTO+ÖZƏL
1,766 baxış

“Mehriban Ələkbərzadə teatrdan içəri girməyə layiq deyil, sən axı kimsən ki?..” - Qalmaqal alovlanır FOTO+ÖZƏL

“Mehriban Ələkbərzadəni teatra mən gətirmişəm. O vaxtı “pojarnı” ştatında idi. Onu bir ovucumda saxlayıb, gətirib İncəsənət universitetinin o vaxtkı rektoru Aslan Aslanova təhvil vermişəm! Buna görə töhmət də almışam. 1 il boyunca onun adını afişalarda rejissor asistenti, bədii rəhbər yazdırmışam. İndi özünü göylə aparır, o nə bilir ki, teatr sənəti, rejissor sənəti, aktyor sənəti nədir? Məni görüb saymır, başını aşağı salır. Deyir ki, mən şəhid falan bilmirəm. Heç kimə hörmət qoymur. Tariyel Vəliyev 19 il onu televiziyada öyrətdi. Bildiyi bir şey yoxdur! Mən həqiqəti deyirəm. Onun qoyduğu tamaşaları sadalayıb, təhlil edərəm. Mehribana yaltaqlana bilmərəm. Teatrı ediblər bardaqxana. Nə ağsaqqalı var, nə də qarasaqqalı”. Bunu Medianews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktyoru, xalq artisti Əli Nur deyib. Xalq artisti daha sonra bir çox iddialarla çıxış edib: “Teatrda iclas olmalıdır, teatrda aktyor, rejissor sənəti haqqında danışılmalıdır, tamaşaları kollektivliklə müzakirə etməliyik. O teatrın düşmənidir. Bilmir teatr sənəti nədir! Təsadüfən oturdublar onu teatrda. O da istədiyini edir. Kimdir axı o? Mehriban Ələkbərzadə teatrı sevmir. Yuğ teatrının baş rejissorunu gətirib AZDRAMA-ya bədii rəhbər qoyublar. Bu teatrda bədii rəhbər Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Həsən Turabov, Əliabbas Qədirov, sonda da Azərpaşa Nemətov kimi sənətkarlar olub. Teatrda heç bir yenilik etməyib. DGTT-da “Kod adı: “V.X.A” adlı tamaşa səhnələşdirdi. Orada da təkrar-təkrar sözlər, mizanlar, səhnələr. 80 faiz aktyorların danışığını heç kim eşitmirdi. Bilmirsən aktyor nə danışır? Bizim teatrda “İblis və...” tamaşasını hazırlayıb. İşıq ilə, illuziya ilə.. Bura sirk deyil, Alla Puqaçovanın konserti deyil. Tamaşaçılar oturub zalda, soruşurlar ki, aktyorlar nə dedi? Belə tamaşa olur? Akademik Milli Dram Teatrında aktyorun bütün səsi, samiti, saiti tamaşaçının ürəyinə girməlidir. Bir onu bilirəm ki, o qayıdıb getməlidir Yuğ teatrına. Siz onu da çağırın, məni də, ona sübut edim ki, onun aktyor sənətindən qətiyyən anlayışı yoxdur! O AZDRAMA-nın qapısından içəri girməyə layiq deyil. Ömür boyu AZDRAMA-ya kənardan aktyor-aktrisa daşıyıb. Gətirdiklərinin hamısı da çox istedadsız, 10-cu dərəcəli sənətçilər olub. AZDRAMA-da aktrisa yox idi? Ölmüşdülər? Bizdə Hikmət Rəhimov adında aktyor var idi. Sən Mehriban 5 il ona baş rol verdin. Ona deyirdin ki, Hikmət, burada sənin kimi aktyor yoxdur, başını dik tut, şux yeri! Sonda nə oldu? Teatrda işləyə-işləyə müsahibə verdi ki, Akademik Milli Dram Teatrı heç vaxt əsas teatr olmayıb. Bunun yekəxanalığına bax, verdiyi müsahibəyə bax! İkinci gətirdiyi aktyor Ziya Ağadır". Əli Nur daha sonra bildirib: "Mehriban Ələkbərzadə müsahibə verib ki, Azərbaycanda iki aktyor var, biri Ziyadır, biri də Nurədddin Mehdixanlı! Bəli, Nurəddin Mehdixanlı böyük sənətkardır, Ziya Ağa kimdir? Gəldi rol oynadı, sonra gedib xaricdə yaşayan bir teatr işçisinə səs atdı ki, nəyi qoydum onların ağızlarına.. Daha açıq-aşkar demirəm.. Sonra onun xalası oğlunu gətirdin başqa rola. İndi də Yuğdan aktrisalar gətirirsən! İsrafil İsrafilov Yuğu onsuz da daşımışdı bizim teatra. Birinci sırada oturan tamaşaçılar da onların səsini eşitmirdi. Ona görə də AZDRAMA kimi böyük bir teatrda mikrofonla danışırdılar. Birini gətirib “Sənsiz” tamaşasını səhnələşdirir. Tofiq Kazımovun səhnələşdirdiyi tamaşanı biabırçı günə qoyur. İndi teatrımız hansı xarici səfərə gedirsə heç adını çəkən yoxdur. Teatrın reytinqini aşağı salmaq olar? Danışanda da deyir ki, yaşlı nəsillə cavan rejissorlar işləmir. Bütün klassik tamaşaları öz təxəyyülünə uyğun dəyişdirir, pis günə qoyur və ən axırıncı səviyyədə təqdim edir. “Aydın” tamaşasını götürüb yenidən repertuara salıb. Ulu Öndər Heydər Əliyev gəlib Mikayıl Mirzənin quruluşunda o vaxt “Aydın” tamaşasına baxdı. Dedi ki, mən Abbas Mirzə Şərifzadənin, Ələsgər Ələkbərovun ifasında bu tamaşanı görmüşəm, amma bu tamaşa kimi heç bir tamaşa uğurlu olmayıb. Uşaq-muşaq nə “Aydın” səhnələşdirəcək?! Deyir ki, tamaşanı söküb, təzədən qururam! Bu ixtiyarı sənə kim verib? Özbaşınasan? O hələ bilmir ki, harada işləyir? Kollektiv arasında ayrı seçkilik salır. “İblis və..” tamaşasının məşqində deyir ki, mən sevdiklərimi bura yığmışam. Bəs o birilər aktyor-aktrisa deyil? Mötəbər yerlərə iki aktyor, iki aktrisa aparır, bəs kollektivin digər üzvləri hanı? Ömründə bir kitab, bir qəzet oxumayan adamı sən götürüb bədii şuraya üzv edirsən, İlham Rəhimli kimi teatrşünası ordan çıxarırsan! Mehriban, səndən bədii rəhbər ola bilməz! O post müqəddəsdir! Sən özünü təsdiq edə bilmədin. Sən teatrda ayrı-seçkilik yaratdın! Allahına min dəfə şükür etməli idin ki, bu kollektivlə işləyirsən! Amma sən kollektivi it yerinə qoymadın! Mən haqqı nə vaxta qədər tək deməliyəm? Türkiyədə Zəfər bayramında 5 gündə 10 dəfə çıxış etdim. Ərdoğan ikiəlli əlimdən yapışıb mənə təşəkkür etdi. Bunu məndən soruşan olmadı ki, necə getdin, necə gəldin? Onu belə şeylər yox, ancaq intriqa maraqlandırır”. Əli Nurun iddialarına cavab olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Əli Əsgər, Medianews.az  

Bizə qoşulun