Medianews.az
Türkiyədə <span style=color:red>inflyasiya
335 baxış

Türkiyədə inflyasiya

Fevralda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 39,05 faiz artıb. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 113-də bahalaşma, 25-də ucuzlaşma qeydə alınıb, 5-də qiymət dəyişməyib. Azərbaycan Mərkəzi Bankı martın 3-də 100 Türkiyə lirəsini 4 manat 65 qəpiyə satır. 2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb. /Novator.az

Bizə qoşulun