Medianews.az
Qırışlarla mübarizə aparan <span style=color:red> 15 QİDA
199 baxış

Qırışlarla mübarizə aparan 15 QİDA

Məlumdur ki, müəyyən qidalar dərini nəmləndirir, kollagen istehsalını stimullaşdırır və qan mikrosirkulyasiyasını yaxşılaşdırır. Medianews.az xəbər verir ki, kosmetoloq və dermatoloq Nana Nosareva qırışlarla mübarizə aparmağa kömək edəcək məhsulların adını açıqlayıb. Pomidor və qırmızı bolqar bibəri (tərkibində likopen, C vitamini yüksəkdir); Yerkökü (Dəri üçün faydalı olan beta-karotin və A vitamini ilə zəngindir); Qarpız ( Tərkibindəki A və C vitaminləri sayəsində nəmləndirməni və sağlam rəngi artırır) Çia toxumu, zerdeçal, badam südü və qarabaşaq çayı, nar; Qoz-fındıq (Dərini qidalandıran və qoruyan omeqa-3 yağ turşularının və E vitamininin qiymətli mənbəyidir); Zeytun yağı (Tərkibindəki yüksək sağlam yağlar və E vitamini sayəsində dərinin gəncliyini və elastikliyini qorumağa kömək edir); Yağlı balıq (A və D vitaminləri, həmçinin qan axını və hüceyrələrin oksigenlə doymasını yaxşılaşdıran mikroelementlərlə zəngindir); Avokado (Qırışları hamarlaşdırmağa və dəri tonunu yaxşılaşdırmağa kömək edir); Kətan toxumu sıyığı və noxud. Medianews.az

Bizə qoşulun