Medianews.az
Türkiyədə restoranda silahlı hücum – <span style=color:red> 1 nəfər ÖLDÜ
134 baxış

Türkiyədə restoranda silahlı hücum – 1 nəfər ÖLDÜ

Türkiyədə restoranların birində silahla hücum olub. Nəticədə Kasım Doğan adlı müştəri həyatını itirib. Medianews.az xəbər verir ki, hadisə fevralın 26-da, İstanbul şəhərinin Başahşehir ərazisində, axşam saatlarında baş verib. İddialara görə, 28 yaşlı Kasım Doğan Adanadan gələrək dostu ilə restoranların birində görüşüb. Bu sırada restorana daxil olan şəxslər Doğana silahlı hücum edib qaçıblar. Hadisə yerində ilkin tibbi yardım alan Kasım Doğan xəstəxanaya aparılıb. Edilən bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Medianews.az

Bizə qoşulun