Medianews.az
Qəhvənin daha bir faydalı xüsusiyyəti<span style=color:red> AÇIQLANDI
91 baxış

Qəhvənin daha bir faydalı xüsusiyyəti AÇIQLANDI

“Gündəlik qəhvə istehlakı diabetin inkişaf riskini azalda bilər” Medianews.az xəbər verir ki, bunu diyetoloq və terapevt Tatyana Solntseva deyib. “Fakt budur ki, qəhvənin tərkibində fenolik birləşmələr, antioksidantlar, o cümlədən xlorogen turşusu var. Xlorogen turşunun güclü antioksidant olduğu məlumdur, iltihab əleyhinə xüsusiyyətlərə malikdir, toxumaların insulinə həssaslığını artırmağa kömək edir və qlükozanın qana sorulmasını azaldır”, - deyə həkim qeyd edib. Solntseva əlavə edib ki, qəhvənin bu faydalı xüsusiyyətləri tərkibində olan B vitaminləri, fol turşusu, maqnezium, xrom və polifenollarla da artır. Həkim gündə üç-dörd stəkandan çox qəhvə içməməli olduğunu vurğulayaraq, şəkərli diabet riskini ən çox azaldan içkinin miqdarının məhz bu olduğunu açıqlayıb. Solntseva həmçinin qeyd edib ki, bu faydalı xüsusiyyətlərə qara qəhvə, kofeinsiz qəhvə və südlü qəhvə daxildir. Ancaq o, şəkərlə məşğul olmamağı tövsiyə edib. Medianews.az  

Bizə qoşulun