Medianews.az
Ermənistanda keçmiş deputatın oğlu <span style=color:red>SAXLANILDI
105 baxış

Ermənistanda keçmiş deputatın oğlu SAXLANILDI

Polisin İrəvanda keçirdiyi əməliyyat zamanı saxlanılan keçmiş deputat Andranik Manukyanın oğlu David Manukyan silah-sursatla saxlanılıb. “Armenia-Today” xəbər verir ki, onun avtomobilinə baxış zamanı bir ədəd “IJ” markalı tapança, içərisində “CZ” tipli tapançanın patronları olan qutu, eləcə də uzunluğu 7 sm olan bir ədəd bıçaq aşkarlanıb. D. Manukyanın silahın sənədlərini polisə təqdim etdiyi də məlum olub.//APA

Bizə qoşulun