Medianews.az
Azərbaycanda tanınmış kinoprodüser <span style=color:red>VƏFAT EDİB
199 baxış

Azərbaycanda tanınmış kinoprodüser VƏFAT EDİB

"Azərbaycanfilm"in sabiq direktor müavini, kinoprodüser Aydın İmrani vəfat edib.

Medianews.az xəbər verir ki, bu barədə "Azərbaycanfilm" məlumat yayıb. Qeyd edək ki, A.İmrani 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında inzibatçı, film direktoru, kinostudiyanın direktor müavini vəzifələrində çalışıb. O, "Qızıl uçurum", "Yeddi gözəl", "Köhnə bərə", "Evlənmək istəyirəm", "Cin mikrorayonda", "İşarəni dənizdən gözləyin", "Özgə ömür", "Lətifə" kimi məşhur filmlərin direktoru, "Qəribə adam" filminin isə inzibatçısı olub.

Bizə qoşulun