Medianews.az
Mingəçevirdə yol qəzası - <span style=color:red>xəsarət alanlar var
88 baxış

Mingəçevirdə yol qəzası - xəsarət alanlar var

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın yerli müxbiri xəbər verir ki, "Mercedes" və "VAZ-21099" markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.

Bizə qoşulun