Medianews.az
Ağdamda təcili yardım avtomobili <span style=color:red>qəzaya uğradı
87 baxış

Ağdamda təcili yardım avtomobili qəzaya uğradı

Ağdam rayonunda xəstə çağırışına gedən təcili tibbi yardım avtomobili qəzaya düşüb. Trend-in yerli müxbirinin məlumatına görə, hadisə səhər saatlarında rayonun Alıbəyli qəsəbəsində baş verib. İlkin məlumata görə, yolun buzlu olması səbəbindən təcili yardım maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı hasara basdırılmış dirəyə çırpılıb. Qəza nəticəsində tibbi heyət üzvləri xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun