21.02.2025, 08:20
150 baxış
Azad
İndiyədək “Heydər Əliyev” ordenini kimlər alıb?
Azərbaycanın ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunan şəxslərin siyahısı yenilənib.
2005-ci ildə təsis edilən ordeni indiyədək dövlət başçısı İlham Əliyev daxil olmaqla 27 nəfər alıb (Azərbaycan prezidentinə orden onun statusuna görə verilir). Onların 14-ü əcnəbi siyasətçidir: Jak Şirak, Viktor Yuşşenko, Şeyx Sabah əl-Əhməd-əl-cabir əs-Sabah, Lex Kaçinski, Valdis Zatlers, Trayan Besesku, Georgi Pırvanov, İmaməli Rəhman, Abdulla Gül, Viktor Yanukoviç, Rəcəb Teyyub Ərdoğan, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev, Serco Mattarella.
Ordenlə təltif olunan qalan 12 şəxs bunlardır: türkiyəli alim İhsan Doğramacı, musiqiçi Mstislav Rostropoviç, rəssam Tahir Salahov, bəstəkar Arif Məlikov, birinci vitse-prezident Mehriban Əliyeva, müğənni Zeynəb Xanlarova, heykəltəraş Ömər Eldarov, şeyxülislam Allahşükür Paşazadə, dövlət xadimi və alim Ramiz Mehdiyev, neftçi alim və geoloq Xoşbəxt Yusifzadə, bəstəkar, müğənni, dövlət xadimi Polad Bülbüloğlu, dövlət xadimi Artur Rasizadə. /Novator.az