Medianews.az
"Qazaxlı Alik"in oğluna<span style=color:red> hökm oxundu
184 baxış

"Qazaxlı Alik"in oğluna hökm oxundu

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Medianews.az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. F. Muradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktybar ayında saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qimində tanınıb. Qeyd edək ki, Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.

Bizə qoşulun