Medianews.az
İrandan Azərbaycana gətirilən tonlarla konfet <span style=color:red>məhv edilib
282 baxış

İrandan Azərbaycana gətirilən tonlarla konfet məhv edilib

İrandan Azərbaycana gətirilən şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlanıb. Medianews.az bunula bağlı Qida Təhlükəsizliyi Agentliyi açıqlama yayıb. Bildirilir ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Bizə qoşulun