Medianews.az
Bakıya niyə qar yağmır? <span style=color:red>Eksperdən AÇIQLAMA
320 baxış

Bakıya niyə qar yağmır? Eksperdən AÇIQLAMA

Bu qış Bakıda yerdə qar görmədik. Bu, paytaxtımız üçün xarakterik hal, yoxsa anormal hava durumu kimi qiymətləndirilməlidir? Qlobal iqlim dəyişikliyinin təzahürü də sayıla bilərmi? İqlim normasından yanaşdıqda əslində paytaxtda qış necə keçməli idi? Ümumiyyətlə son illərdə hansı qış fəslinin iqlim normasına uyğun keçdiyini söyləmək mümkündür? Mövzu ilə bağlı Medianews.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, həqiqətən əvvəlki onilliklərlə müqayisədə Bakıya daha az qar yağır: “Bunun əsas səbəbi, əlbəttə ki, havanın temperaturunun tədricən istiləşməsidir. Son 30 ildə qış əvvəlki dövrə nisbətən daha mülayim keçir. Təkcə Bakıda yox, ümumiyyətlə dünyanın müxtəlif şəhərlərində, hətta əvvəllər bütün qışı qar yağan ərazilərdə belə iqlimin mülayimləşdiyi müşahidə olunur. Yay ayları isə daha isti keçir. Bu da atmosfer yağıntılarının azalması fonunda baş verir. Ümumiyyətlə, Bakıya qarın az düşməsinin iki əsas səbəbi kimi iqlim dəyişmələrini və atmosfer yağıntılarının ümumi miqdarının azalmasını göstərə bilərik. Məhz bu səbəbdən də Bakı şəhərinə, Azərbaycanın dağlıq regionlarına əvvəlki onilliklərlə müqaisədə daha az atmosfer yağıntıları düşür”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun