18.02.2025, 12:32
88 baxış
Lamiyə
Bir komandanın 2 futbolçusu eyni vaxtda ÖLDÜ
Rusiyanın Sverdlovsk vilayətinin Verxnyaya Pışma şəhərində “POZ-Proqress” həvəskar komandasının iki futbolçusu Yan Juravlev və Danil Xilobok eyni vaxtda dünyasını dəyişib.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ölüm vaxtı fevralın 14-dən 15-nə keçən gecə qeydə alınıb.
Eyni zamanda, 33 yaşlı Xilobok həvəskar komandalar arasında Yekaterinburq çempionatının oyununda iştirak edib, 32 yaşlı Juravlev isə görüşləri buraxıb.
Zərərçəkənlərin yaxınları iddia edirlər ki, hər iki halda ürək dayanması yuxuda baş verib.
Juravlevin anası futbolçunun daim məşq etdiyini və idman üçün yaşadığını bildirib. O qeyd edib ki, futbolçuların tibbi müayinədən keçib-keçmədiyinə əmin deyil.
Medianews.az