17.02.2025, 09:43
268 baxış
Azad
“Rus evi”nin yuva qurduğu ÜNVANLAR
Azərbaycan hökuməti Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzini – “Rus evi”ni bağladı. “Rossotrudniçestvo”nun (Rusiya Xarici İşlər Nazirliyinin yurisdiksiyasında olan muxtar federal hökumət orqanı) nümayəndəliyi olan “Rus evi”nin fəaliyyətinə az sonra Moldovada da xitam verildi.
Buna qədər “Rus evi” başqa ölkələrdə - Rumıniya, Makedoniya, Sloveniya, Monteneqro, Xorvatiyada da bağlanıb. Hökumətlərin rəsmi qərarlarında müxtəlif səbəblər göstərilsə də, bu mərkəzlərin məhz xəfiyyə yuvası olduğuna görə bağlandığı şübhə doğurmur.
Bəs hazırda hansı ölkələrdə “Rus evi” qalır?
Medianews.az suala cavab tapmaq üçün “Rossotrudniçestvo”nun rəsmi internet səhifəsinə nəzər yetirib. Siyahıda hələ də adı qalan Azərbaycanla Moldovanı və Azərbaycanın dövlət kimi tanımadığı, Rusiyanın isə 2008-ci ildə işğal edərək müstəqil dövlət kimi tanımaq qərarı verdiyi Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini çıxsaq, ümumilikdə 60-dan çox ölkədə “Rus evi” olduğunu görərik. “Rossotrudniçestvo”nun internet resursu bəzi ölkələrdə (Belarus, Misir, Hindistan, Qazaxıstan, Polşa, Tacikistan) bir yox, bir neçə “Rus evi”nin olduğunu da göstərir.
Medianews.az “Rossotrudniçestvo”nun rəsmi internet səhifəsinə istinadla hazırda ərazisində “Rus evi” olan dövlətlərin siyahısını təqdim edir:
ABŞ
Avstriya
Albaniya
Argentina
Almaniya
Banqladeş
Belarus
Belçika
Bolqarıstan
Braziliya
Cənubi Afrika
Çex Respublikası
Çili
Çin
Ermənistan
Efiopiya
Əfqanıstan
Fələstin
Finlandiya
Fransa
Hindistan
İsrail
İndoneziya
İordaniya
İran
İspaniya
İtaliya
Kamboca
Kanada
Kipr
Konqo
Koreya
Kuba
Qazaxıstan
Qırğızıstan
Laos
Livan
Lüksemburq
Malayziya
Malta
Macarıstan
Mərakeş
Meksika
Monqolustan
Misir
Nepal
Nikaraqua
Özbəkistan
Pakistan
Peru
Polşa
Portuqaliya
Serbiya
Sinqapur
Suriya
Şri Lanka
Tacikistan
Tanzaniya
Tunis
Türkmənistan
Türkiyə
Venesuela
Vyetnam
Yaponiya
Yunanıstan
Zambiya
Paylaş: