15.02.2025, 14:36
150 baxış
Lamiyə
Rusiyanın 7 hava limanı bağlandı
Rosaviatsiya pilotsuz təyyarələrin hücumu səbəbindən 7 şəhərdə hava limanlarının fəaliyyətini müvəqqəti məhdudlaşdırıb.
Milli.Az xəbər verir ki, hava limanlarının bağlanması təhlükəsizlik tədbirləri ilə əlaqələndirilib. Rosaviatsiya bu addımı pilotsuz təyyarə hücumlarının yaratdığı təhlükə səbəbindən atıb.
Fevralın 15-nə keçən gecə bir neçə region dron hücumlarına məruz qalıb və nəticədə yerli yanğınlar baş verib.
Uçuşların qəbulu və göndərilməsinin dayandırıldığı şəhərlər:
Həştərxan
Vladiqafqaz
Volqoqrad
Qroznı
Kaluqa
Saratov
İlkin məlumatlara görə, hücumlar nəticəsində itki qeydə alınmayıb.