13.02.2025, 10:23
134 baxış
Azad
Sevgililər günü hava necə olacaq?
Sevgililər günü kimi də tanınan fevralın 14-də hava necə olacaq?
Medianews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, Bakıda, Abşeron yarımadasında, o cümlədən bəzi rayonlarda arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağıntı intensivləşə bilər.
Dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənir.
Bəzi yerlərdə arabir duman olacaq.
Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.
Rayonlarda qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacağı bildirilir.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Paylaş: