Medianews.az
26 yaşlı ingilis futbolçu<span style=color:red> vəfat etdi
108 baxış

26 yaşlı ingilis futbolçu vəfat etdi

Vaxtilə "Norviç Siti"də çıxış etmiş London əsilli 26 yaşlı yarımmüdafiəçi Devonte Aransibia dünyasını dəyişib. Medianews.az "Haber global"a istinadən xəbər verir ki, futbolçunun ölüm səbəbi açıqlanmayıb. Futbolçu, 2019-cu ildə "Kingstonian”a keçməzdən əvvəl Norviçin gənclər komandasında çıxış edib. Son olaraq 2024-cü ildə “Chesham"a transfer olub. Futbolçu karyerası boyunca 11 komandada oyayıb. Karyerası ərzində Aransibia, “Norwich U21”, “Billericay”, “Kingstonian”, “Potters Bar”, “Royston Town”, “Chelmsford”, “Welling United”, “Tonbridge”, “Maidstone”, “Braintree” ve “Chesham” kimi komandalarda çıxış edib. Medianews.az

Bizə qoşulun