08.02.2025, 13:45
127 baxış
Lamiyə
Çində torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var
Çinin Sıçuan əyalətində torpaq sürüşməsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə İbin şəhərinin Cinpin kəndində qeydə alınıb.
Təbii fəlakət nəticəsində 30 nəfərin dağıntılar altında qaldığı bildirilir.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.