Medianews.az
Ömrü uzatmaq üçün nə yeməliyik?
196 baxış

Ömrü uzatmaq üçün nə yeməliyik?

Sağlamlıq və uzunömürlülük üçün ən vacib amillərdən biri düzgün qidalanmadır. Medianews.az xəbər verir ki, dietoloq Federika Amatinin ömrü uzadan iki əsas məsləhətini təqdim edir. Pəhrizinizdə bol tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq və toxumlar olsun. 40 yaşında bu məhsullarla zəngin pəhrizə keçsəniz, həyatınıza 10 il əlavə edə bilərsiniz. Həkimin sözlərinə görə, heç vaxt protein çatışmazlığına yol verməyin. Bu, yaşlı insanlar üçün çox vacibdir, çünki insulin müqavimətinə və hüceyrələr tərəfindən qida maddələrinin udulmasına təsir göstərir. 50 ildən sonra gündəlik protein qəbulunu bir qədər artırmağa və bədən çəkisinin hər kiloqramına bir qram protein istehlak etməyə dəyər.

Bizə qoşulun