Medianews.az
Məktəblərin qarşısında satılan bu qidalara<span style=color:red> DİQQƏT EDİN -ZƏRƏRLİDİR
173 baxış

Məktəblərin qarşısında satılan bu qidalara DİQQƏT EDİN -ZƏRƏRLİDİR

Mütəmadi olaraq məktəblərin yaxınlığında evdə hazırlanmış un məmulatları satılır. Həmin məhsulların tərkibi məlum deyil. Maraqlıdır, bunlara nəzarət varmı? Əgər varsa kim tərəfindən nəzarət olunur? Mövzu ilə bağlı Medianews.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, əgər un məmulatları hüquq bir ünvanı olan bir yerdə hazırlanıb, orda da satılırsa mütləq istənilən istehsalçı Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır. Onun sözlərinə görə, digər bir variantda Qida Təhlükəsizliyi Agentliyi onlara icazə verir və onlar da bu işlə məşğul olurlar: “Yox, əgər sadəcə olaraq küçədə hazırlanmış şəkildə satılırsa bu əlbəttə küçə ticarətidir. Buna Bakı şəhərinin İcra Hakimiyyətinin uyğun departamenti nəzarət edir. Yerli polis şöbələri, sahə müvəkkilləri bu işə nəzarət etməyə borcludur. Açıq havada qidaların satılması doğu deyil. Belə vəziyyətlərdə yerli sahə müvəkkiləri cavabdehlik daşıyır. Bu təsadüfi qidalardır, həmin un məmulatlarının hansı şəraitdə qızardıldığı məlum deyil. Ola bilsin dəfələrlə eyni yağda qızardılıb və artıq o trans yağdır. Bu da insanlar üçün zərərlidir. Belə un məmulatları, peraşkilər və sairə zərərlidir. İnsanlar belə qidalardan uzaq olmalıdırlar”. Nailə QASIMOVA  

Bizə qoşulun