Medianews.az
Bakının 3 rayonunda bir gün <span style=color:red>su olmayacaq
278 baxış

Bakının 3 rayonunda bir gün su olmayacaq

Bakının Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. Bu barədə Medianews.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib. Məlumata görə, işlər 5 fevral saat 10:00-da başlayacaq, 6 fevral saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Bizə qoşulun