04.02.2025, 14:35
165
baxış
TURAN
16 yaşlı yeniyetmə həmyaşıdını vəhşicəsinə ÖLDÜRDÜ
İstanbulda mübahisə edən 16 yaşlı iki yeniyetmə daha sonra əlbəyaxa dava ediblər.
Medianews.az xəbər verir ki, dava zamanı yeniyetmələrdən biri cibindən çıxardığı bıçaqla digərini yaralayıb.
5 bıçaq zərbəsi alan yeniyetmə aparıldığı xəstəxanada dünyasını dəyişib. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Qatil şübhəlisi Yakup K. polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az