Medianews.az
Eldəniz Səlimov azadlığa buraxıldı
255 baxış

Eldəniz Səlimov azadlığa buraxıldı

Polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə məhkum edilmiş sabiq deputat Eldəniz Səlimov azadlığa buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, E.Səlimovun 3 il 6 aylıq həbs cəzası bu gün başa çatıb. O, 10 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. Deputat işləyə-işləyə cinayət törədən Səlimov vaxtından əvvəl cəza çəkmədən azad edilmək üçün müraciət etməyib, günə-gün həbsdə yatıb. Qeyd edək ki, Eldəniz Səlimov Xaçmaz seçki dairəsindən deputat olub. Həbsinə səbəb olan hadisə 2021-ci ilin avqustunda elə Xaçmazda kafedə baş verib. Deputat mübahisə zamanı polis əməkdaşına xəsarət yetirib. Vəzifə saxtakarlığında təqsirli bilinən E.Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.

Bizə qoşulun