Medianews.az
Nohur gölündə batan kişinin <span style=color:red>meyiti tapıldı
228 baxış

Nohur gölündə batan kişinin meyiti tapıldı

Ötən gün Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə 40 yaşlı kişi batıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Medianews.az-a bildirilib ki, həmin şəxs Qəribov İlham İslam oğludur və onun meyiti bu gün tapılıb. Meyit Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizə qoşulun