Medianews.az
Ermənistan üçün "əcəl zəngi" çalınır - <span style=color:red>VİDEO
158 baxış

Ermənistan üçün "əcəl zəngi" çalınır - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Medianews.az xəbər verir ki, "Tramp qayıtdı: Ermənistan üçün "əcəl zəngi" çalınır" adlı süjetdə Donald Trampın ABŞ-nin yeni prezidenti kimi atacağı addımların, verəcəyi qərarların dünyanın müxtəlif coğrafiyalarında proseslərin inkişafına necə təsir etməsindən bəhs olunub. Bildirilib ki, əsas məsələ Tramp ABŞ-sinin Cənubi Qafqaz siyasəti, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yanaşmasıdır. Bu, həm də Azərbaycanın Qarabağın azad edilməsindən sonrakı hədəflərinə - azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı, Zəngəzur dəhlizinin açılması və digər məsələlərə təsir edəcək amillərdir. Qeyd olunub ki, keçmiş təcrübə - Trampın 2016-2020-ci illəri əhatə edən ilk prezidentlik dövründə baş verənlər və proqnozlar ABŞ-nin yeni administrasiyasının Azərbaycanla münasibətlərə xüsusi önəm verəcəyi gözləntisini ön plana çıxarır. Trampla yanaşı, onun partiyasının - respublikaçıların da Azərbaycana münasibətində həmişə müsbət çalarlar müşahidə edilib. ABŞ-Azərbaycan münasibətlərinin son 25 ilinə nəzər yetirdikdə bunu aydın görmək olur. Diqqətə çatdırılıb ki, Tramp Ağ Evə yenidən qayıdıb və əsas gözləntilər Vaşinqton-Bakı xəttində münasibətlərin normallaşması, ABŞ-nin Cənubi Qafqazın həlledici və real gücü ilə əməkdaşlığa üstünlük verəcəyi yönündədir: "Vaşinqtonun xarici siyasət kursuna yön verən "Stratfor" beyin mərkəzinin proqnozu da bu istiqamətdədir. Amma bütün proqnozlar və gözləntilər Ermənistanın əleyhinədir. Belə ki, əgər Paşinyan hakimiyyəti indiyə qədər Qərbdə Bayden ABŞ-sinə və Fransaya bel bağlayır, Azərbaycanın haqlı tələblərindən onların dəstəyi ilə boyun qaçırırdısa, Tramp ABŞ-sinin dövründə belə olmayacağı ehtimalı güclüdür. Real situasiyalar göstərir ki, rəsmi İrəvanın Bakının tələbləri qarşısında qaçış yeri daralmaqdadır. Ermənistan Azərbaycanın azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı da daxil olmaqla haqlı tələblərini yerinə yetirməlidir". Sonda vurğulanıb ki, erməni jurnalistlərin yazdığına görə, 300 min azərbaycanlının tezliklə Qərbi Azərbaycan layihəsi çərçivəsində Ermənistana qayıdacağı gözlənilir və bundan sonra Vayots Dzor Dərələyəz, Ararat Zəngibasar, Qeqarkunik Göyçə, Yerevan isə İrəvan olacaq".

Bizə qoşulun