24.01.2025, 13:01
164 baxış
Lamiyə
Bulvarda batma təhlükəsi ilə üzləşdi, xilas edildi - VİDEO
Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Medianews.az xəbər verir ki, FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilib.
Paylaş: