Medianews.az
Şəmkirdə səkkizotaqlı ev külə döndü - <span style=color:red>FOTO
115 baxış

Şəmkirdə səkkizotaqlı ev külə döndü - FOTO

Şəmkirdə yanğın hadisəsi baş verib. Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Ümumi sahəsi 280 kvadratmetr yaxın olan 2 mərtəbəli 8 otaqlı evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir Rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 2 mərtəbəli evin yanar konstruksiyaları 250 kv.m. sahədə əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.

Bizə qoşulun