10.01.2025, 07:02
                
                
                  
                  184 baxış
                
                
                  
                  
                    Lamiyə
                  
                                  
              Masazır sakini dəm qazından ÖLDÜ
 
                Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Masazır qəsəbə sakini Quliyev Ceyhun Zəkəriyə oğlu yaşadığı Şıxəli Qurbanov küçəsindəki fərdi yaşayış evində dəm qazından boğulub.
Onun meyiti səhər saat 06:35-də aşkar edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.