06.01.2025, 08:34
123 baxış
Lamiyə
Kareliyada turist avtobusu aşdı - FOTOLAR
Kareliyanın Pitkyaranta rayonunun Lyaskelya kəndi yaxınlığında içərisində 43 turistin olduğu avtobus yoldan çıxaraq aşıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, xasərət alan 6 nəfər xəstəxanaya aparılıb. Qurbanların sayı müəyyənləşdirilir.
Hadisə yerində Kareliya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və həkimlər işləyir. Səhiyyə Nazirliyi zəruri hallarda təcili uçuş üçün təcili tibbi yardım helikopterləri hazırlayıb.



