31.12.2024, 12:00
66 baxış
Azad
Dövlət agentliyinin bir qrup əməkdaşı TƏLTİF EDİLDİ - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Medianews.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncama əsasən, sövlət xidmətlərinin göstərilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər:
Baxşəliyev Vüsal Şahin oğlu
Bəkirov Namiq Zakir oğlu
Əfəndiyev Zaur Məzahir oğlu
Əliyev Semral Adil oğlu
Əlizadə Murad Fərhad oğlu
Həsənzadə Ülvi Mobil oğlu
Verdiyeva Nigar Famil qızı.