Medianews.az
Rusiya-Ukrayna müharibəsi başa çatırmı? - <span style=color:red>  Putindən təəccüblü AÇIQLAMA
146 baxış

Rusiya-Ukrayna müharibəsi başa çatırmı? - Putindən təəccüblü AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi davam edərkən Rusiya lideri Putin diqqətçəkən açıqlamalar verib. Medianews.az “Sözcü”yə istinadən xəbər verir ki, Slovakiyanın Rusiya ilə Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirən Putin bunun Rusiya üçün məqbul variant olduğunu bəyan edib. Rusiya lideri jurnalistlərə açıqlamada deyib ki, Slovakiyanın baş naziri Robert Fiko ilə görüşündə onlar “əsasən Ukraynada sülh razılaşmalarından danışıblar”. Fikonun Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həlli üçün öz dövlətinin ərazisində danışıqlar aparmağı təklif etdiyini bildirən Putin, "İş bu yerə gəlib çatarsa, biz buna qarşı deyilik. Niyə də olmasın? Bizim baxımdan, bu münasibət neytraldır və bizim üçün məqbul variantdır” deyib. Putin Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya daşınması məsələsinə də toxunub: "Onlar (Ukraynalılar) razılaşmanı uzatmayacaqlarını açıqladılar. Bunu etməyəcəklərsə, etməsinlər. Onlar Avropanın onlara uzatdığı qolu kəsirlər. Avropanın dəstəyi olmadan Ukrayna mövcud ola bilməz, onlar qazımızın tədarükü ilə bağlı müqaviləni uzatmamaqla Avropanı cəzalandırırlar”. Rusiya prezidenti bildirib ki, Avropaya qaz nəqlinin dayanacağı təqdirdə qazın qiymətinin arta bilər. O, Rusiya qazının Ukrayna üzərindən daşınması ilə bağlı razılaşmanın dekabrın 31-də bitəcəyinə diqqət çəkib. Putin 3-4 gün ərzində razılığa gəlməyin mümkün olmadığını da qeyd edib. Putin Rusiya təbii qazını Polşa üzərindən Avropaya çatdırmağa hazır olduqlarını və bunu çox tez edə biləcəklərini bildirib.

Bizə qoşulun