Medianews.az
Pişik bunu edirsə, <span style=color:red>gülümsəyir deməkdir
201 baxış

Pişik bunu edirsə, gülümsəyir deməkdir

Böyük Britaniyadan olan tədqiqatçılar pişiklərin də insanlar kimi gülümsəməyi bacardıqlarını, lakin bunu gözləri ilə etdiyini aşkar ediblər. Medianews.az “Unian”a istinadən xəbər verir ki, pişiklərin gözlərini qıymaq onların əsl gülümsəmə üsuludur. Beləliklə, Portsmut və Sasseks universitetlərinin psixoloqları müəyyən ediblər ki, insanlar gözlərini qıyanda, pişiklər bunu təbəssümün analoqu kimi qəbul edirlər. Tədqiqatda pişiklərin həm sahiblərinə, həm də yad insanlara necə reaksiya verdiyini araşdırmaq üçün iki testdən istifadə edilib. Birində pişik sahibləri, digərlərində isə, yad insanlar pişiklərə baxarkən gözlərini yavaş şəkildə qırpıblar. Hər iki təcrübədə pişiklər də cavab olaraq gözlərini yavaşca qıyıblar. Testlər göstərir ki, bu texnika bütün növ pişiklərlə işləyir. Tədqiqatda iştirak edən 45 pişikdən 22-si erkək, 23-ü dişi idi. Bəziləri başqa pişiklərlə evlərdə yaşayır, bəziləri isə sahiblərinin yeganə yoldaşlarıdır. Onların yaşları 17-dən bir neçə aya qədər idi. Tədqiqat belə nəticəyə gəlir ki, yavaş göz qırpımı təkcə pişiklər və ev heyvanları sahibləri arasında əlaqəni yaxşılaşdırmaq üçün yaxşı bir yol deyil, həm də hələ də ev axtaran pişiklərlə inam yarada bilər.

Bizə qoşulun