27.12.2024, 11:20
118 baxış
Lamiyə
Çay paketlərində zərərli olan ELEMENT
Diytoloq İrina Pisareva çay paketlərindən imtina etməyə çağırıb və onları sağlamlıq üçün təhlükəli adlandırıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bir çox çay paketinin tərkibində mikroplastik var.
Diyetoloqun sözlərinə görə, Kanada alimləri eksperiment aparıblar və müəyyən ediblər ki, çay dəmlənən zaman fincana 16 mikroqrama qədər mikroplastik daxil olur.
Mütəxəssis qeyd edib ki, hələlik bu hissəciklərin insan sağlamlığına necə təsir etdiyini göstərən heç bir araşdırma yoxdur. Bununla belə, o qeyd edib ki, mikroplastiklərin orqanizmə daxil olması arzuolunmazdır.
“Mən boş yarpaqlı çay almağı və ayrı-ayrılıqda, şüşə çaydanda dəmləməyi məsləhət görürəm. Birincisi, bu, daha keyfiyyətli məhsul olacaq, ikincisi, orqanizmə zərər vermədən daha çox fayda əldə edəcəksiniz”, - deyə diyetoloq əlavə edib.